YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ
Maliyyəyə qənaət etmək üçün çox böyük partiyada olmayan malların daşınmasında qruplaşdırılmış yükdaşımaları xidmətindən istifadə etmək olar. Bu o deməkdir ki, göndərilmə bir neçə müştərinin sifarişi əsasında rəsmiləşdirilir və yüklər bir nəqliyyat vasitəsilə daşınır. Hər bir müştəri yalnız öz yükünün nəqliyyat vasitəsində tutduğu yerə görə ödəniş edir. Müntəzəm olaraq kiçik partiyalı malların göndərilməsilə məşğul olan şirkətlər, artıq nəqliyyat xərclərinin azaldılması baxımından bu fürsəti yüksək qiymətləndirirlər.
RIMEX LOGİSTİCS şirkəti Avropa - Azərbaycan, Türkiyə-Azərbaycan, MDB ölkələri – Azərbaycan və Avropa-Orta Asiya marşrutları üzrə qruplaşdırılmış yükdaşımaları təşkil edir. Yükdaşımanın bu növündə əməkdaşlarımızın diqqətə aldığı bir sıra fərqli vacib faktorlar var: qabaritlər və malın görünüşü, qablaşdırma forması, palet ölçüləri, çəki, malların üzərinə başqa bir yükün qoyulub qoyulmamasına icazə, daşınma yeri və müddət daim müştərilərdən tələb olunan informasiyalardır. Nəqliyyatda böyük təcrübəyə malik peşəkarlardan ibarət komanda olaraq, vəzifəmiz bu növ xidmətləri geniş biznes və sahibkar çevrəsi üçün əlçatan etməklə, müştərilərin xərclərinin minimallaşdırılmasına çalışmaqdır.
Qruplaşdırılmış yükdaşıma kiçik partiyalı yük sahibləri üçün kifayət qədər optimal bir yoldur. Daşınmanın bu növünə üstünlük vermək, sınaq məqsədilə və ya mövsümi xarakterli mallar sifariş edən şirkətlərin daha çox marağındadır. Həmçinin avadanlıq, cihaz və ehtiyat hissələri göndəriciləri üçün də nəqliyyatın bu növü işə yarayandır. Avropadan və ya Türkiyədən olan qruplaşdırılmış yüklər adətən avtomobil nəqliyyatı vasitəsilə daşınır. Bu, bizə imkan verir ki, malları "qapıdan qapıya” prinsipi ilə çatdıraq. Qruplaşdırılmış yükdaşımalarını nəqliyyatın başqa növləri ilə - dənizyolu, dəmiryolu və havayolu vasitəsilə də həyata keçirmək imkanındayıq. Nəqliyyat növünün seçilməsi, daha çox yük yerinin coğrafi şəraitindən və sifarişçinin istəyindən asılıdır. Ancaq hər bir halda, bunlarla müqayisədə iqtisadi baxımdan ən sərfəlisi avtomobillə həyata keçirilən qruplaşdırılmış yükdaşımalarıdır.
Avropa Birliyindən qruplaşdırılmış yüklərin daşınması hər bir ölkənin spesifik gömrük xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Əməkdaşlarımız Avropa mallarını yüksək keyfiyyət zəmanəti verən əlavə xidmətlə vaxtında daşımaq, həmçinin ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində də böyük təcrübəyə malikdirlər. Avropadan müntəzəm çıxan həftəlik qruplaşdırılmış maşınlarla biz müxtəlif qabaritli yükləri ölkəmizin hər yerinə və Orta Asiya ölkələrinə daşıyırıq. Müştərilərimizə rahat olsun deyə, biz yüklərin konsolidasiyası xidmətini Avropanın hər nöqtəsində, o cümlədən dəniz və hava limanlarında təşkil edirik.
Çin mallarının Azərbaycan bazarında kifayət qədər geniş yayıldığı bizim də diqqətimizdən yayınmayıb. Bu məqsədlə sözügedən ölkədən bütöv konteyner daşımaları ilə yanaşı, konteynerlərdə qruplaşdırılmış yüklərin daşınması işini də təşkil etməkdəyik. Konsolidasiya mərkəzimiz Yivu şəhərində olmaqla, Asiya və dünya iqtisadiyyatına güclü təsir edən Çin Xalq Respublikasından gömrüklü "qapıdan qapıya” prinsipi əsasında qruplaşdırılmış yük daşımalarını da həyata keçiririk.
Əgər qruplaşdırılmış yüklərin daşınması üçün etibarlı tərəfdaş axtarışındasınızsa, o zaman vaxt itirmədən RIMEX LOGİSTİCS şirkətinə müraciət edin, yükünüzü daşıyaq.