Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Üstünlüyümüz

Temperatur rejimi ilə yükdaşımalar xüsusi diqqət və münasibət tələb edən xidmət növüdür. İstifadə olunan avtomobillər soyuducu və isidici vasitələrlə təchiz olunmalı, ideal termoizolyasiyaya, düzgün ventilyasiya sisteminə malik olmalı və beynəlxalq norma və qaydalara ciddi şəkildə uyğun gəlməlidir. Yalnız tələb olunan temperatur rejimi sayəsində yük yolboyu təhlükəsiz son məntəqəyə çatdırıla bilər.

RIMEX LOGISTICS şirkəti Avropa, Türkiyə və MDB ölkələrindən fərqli həcmli partiyalarda temperatur rejimli yüklərin daşınmasını təşkil edir. İstifadə etdiyimiz bütün avtomobillər izotermik furqonla və temperatur rejiminə nəzarət olunması vacib olan yüklərin daşınması üçün soyuducu sistemlə təchiz olunub. Fərdi yanaşma və daşınmanın bütün şərtlərinin razılaşdırılması tezkorlanan malların etibarlı şəkildə qorunmasını təmin edir.

Avropa ölkələrindən temperatur rejimli yüklərin daşınmasında yolboyu sərf olunan vaxt həlledici faktora çevrilir. Mal özünün ən yaxşı keyfiyyətini qorumaq üçün alıcıya mümkün olduğu qədər tez çatdırılmalıdır. Yükləmə və boşalma zamanı da operativlik tələb olunur, bununla yanaşı malların uyğun temperatur rejimində saxlanması da vacibdir. Peşəkarlarımızın təcrübəsi imkan verir ki, biz malın bütün keyfiyyət göstəricilərinin maksimum qorunması ilə, bu prosesi mükəmməl həyata keçirək. Marşrut əvvəlcədən razılaşdırılmalıdır, çünki yolda hər hansı ləngimədən söhbət belə getməməlidir.

Bundan başqa, sanitar normalara tam riayət olunması nəqliyyatın bu növü üçün çox vacib elementdir. Yük baqajının ideal təmizliyi və xidmətəyararlığına sərt nəzarət Avropadan temperatur rejimli yüklərin daşınmasında məcburidir. Böyük həcmli yüklərin daşınmasında müvafiq dəmiryolu qatarlarından istifadə daha məqsədəuyğundur. İzotermik və refrijerator vaqonlar tələb olunan temperatur rejimini dəstəkləyirlər.

Qida sənayesinə aid bütün növlərin daşınması: soyudulmuş, hansı ki, - 6 dərəcədən + 4 dərəcəyədək temperatur rejimi tələb olunur və dondurulmuş, hansı ki, - 18 dərəcə temperatur rejimi tələb olunur.

Şirkətimiz tələb olunan bütün normalara əməl edir. Yuxarıda göstərilən temperatur dərəcələrindən yuxarı rejimlərdə daşınması vacib olan mallar isə xüsusi tələb olunan şərtlər daxilində daşınır.

Yük sifarişini qəbul etməzdən öncə əməkdaşlarımız gözlənilən yükdaşımanın bütün detallarını dəqiqləşdirirlər. Yük üçün lazımlı ventilyasiya, tələb olunan temperatur rejimi və onun yol boyu mümkün dalğalanma tempi və s. ilə bağlı bütün informasiyalar incələnir. Refrijeratorla yükdaşımalarını həyata keçirən şirkətimiz RIMEX LOGISTICS bütün müvafiq dövlət və beynəlxalq standartları gözləyir.

RIMEX LOGISTICS temperatur rejimi tələb olunan tezkorlanan yüklərin və malların daşınması ilə əlaqədar bütün suallarla bağlı öz məsləhətlərini əsirgəmir, optimal, sürətli və təhlükəsiz həll yolları təklif edir.