Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Hava Yük Daşımaları

Malların daşınmasında operativlik müəyyənedici faktora çevriləndə, aviadaşımalar vaxta qənaət baxımından ən etibarlı daşıma növü hesab olunur. Təyyarə ilə adətən qiymətli və tezkorlanan yüklər daşınır. Həmçinin bahalı avadanlıqlar, zərgərlik məmulatları və canlı güllər, bitkilər aviadaşımalarla daşınanda daha təhlükəsiz olur.

Yükün yerləşdiyi coğrafi şərait onun başqa nəqliyyat vasitələri ilə daşınmasını mümkün etmədikdə, hava yolu ilə yükdaşıma yeganə çıxış yolu olur. Beynəlxalq aviadaşımalar yükün yüksək təhlükəsizlik şəraitində və sağlam formada istənilən ölkəyə daşınması üçün ən ideal nəqliyyat növüdür.

RIMEX LOGİSTİCS şirkəti dünyada aviadaşımalar həyata keçirən ən güclü operatorlarla uzun illərdir qarşılıqlı sıx münasibətdə fəaliyyət göstərir və müştərilərinin istəyinə uyğun olaraq dünyanın istənilən nöqtəsindən aviadaşımalar həyata keçirir. Şirkətimizin təklif etdiyi qruplaşdırılmış avia yükdaşımaları nəqliyyat xərclərinin azaldılması baxımından çox əhəmiyyətlidir. Keyfiyyətli logistik xidmət

üçün mütəxəssislərimiz daşımanın optimal sxemini işləyib hazırlayırlar. RIMEX LOGİSTİCS şirkəti həmçinin aviakarqo servizi də təklif edir. Biz yüklərin daşınması və gömrük rəsmiləşdirməsini həyata keçirə bilirik.

Aviadaşımaların ən üstün cəhəti müxtəlif qabaritdə olan yüklərin sürətli daşınmasıdır. Aviadaşımaları önə çıxaran daha bir faktor isə etibarlılıqdır. Havayolu nəqliyyatı ilə beynəlxalq daşıma qaydaları çərçivəsində bütün növ malları istənilən həcmdə təhlükəsiz şəraitdə daşımaq mümkündür. Biz hava yolu ilə kövrək və qabaritsiz, ağır tonnajlı və tezkorlanan və ya qiymətli əşyaları ən yaxşı şərtlərlə və əlbəttə, sığortalı daşıyırıq. Aviadaşımaların daha bir spesifik üstün özəlliyi də var: aeroportun mütləq mövcud olduğu dünyanın istənilən məntəqəsinə hava yolu ilə yüklərin daşınması.

Beynəlxalq aviadaşımaların xərclərini optimallaşdırmaq üçün daşıma variantlarına diqqət çəkmək lazımdır. Yükdaşıma sadə və ya ümumi (İng: general cargo) ola bilər, o halda ki, təyyarə yalnız bir müştərinin sifarişi əsasında yüklənir. Bunun əsas üstünlüyü əməliyyatın operativliyindədir. Elə olur ki, yükü başqa vasitə ilə daşımaq gəldikdə növbəti nəqliyyat vasitəsindən istifadə olunur. Belə olduqda daşınma dəyərini kifayət qədər minimallaşdırmaq mümkündür. Müqayisə üçün daha bir variant isə qruplaşdırılmış və konsolidasiya olunmuş yüklərin aviadaşınmasıdır. Bu halda, ayrı-ayrı müştərilərin fərqli kiçik partiyalarda olan malları anbarların birində toplanır və bundan sonra təyin olunduğu məntəqəyə daşınır.

Aviayükləriniz varsa, onu bizə etibar edin yükünüzü qapınıza təslim edək!!!
Aviasiya - tezkorlanan, təhlükəli yüklərin daşınması üçün ən sürətli və etibarlı nəqliyyat növüdür.
Aparıcı Aviaşirkətlərlə iş əməkdaşlığı RIMEX LOGISTICS şirkətinin müştərilərinə rəqabətli qiymət və böyük coğrafi məkan təklif etməyə imkan verir.
 
Hava Yük Daşımalarına aşağıdakı xidmətlərimiz daxildir:
-Müntəzəm reyslərlə yüklərin göndərilməsi
-Çarter reysləri üçün təyyarələrin fraxtı
-Yüklərin gömrük sənədləşdirilməsi
-Yüklərin qablaşdırılması
-Yüklərin gömrük terminalında saxlanılması
-Təhlükəli və xüsusi dəyərli yüklərin daşınması
-Qabaritli yüklərin daşınması
-Yüklərin sığortalanması