Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Haqqımızda

"YÜK SİZİN QAYĞISI BİZİM" devizi altında 2011-ci ildən beynəlxalq yükdaşımaları xidməti göstərən RIMEX LOGİSTİCS şirkəti müştərilərinin böyük rəğbətini qazanaraq artıq ölkəmizin ən yaxşı nəqliyyat şirkətləri arasında öz layiqli yerini tutmuşdur. Şirkətimiz məsafəsindən asılı olmayaraq Dünyanın istənilən ölkəsindən nəqliyyatın bütün növləri - avtomobil, dəniz, hava və dəmir yolu - üzrə fəaliyyət göstərir. Bundan başqa, Avropa, Türkiyə və Çindən qruplaşdırılmış yüklərinizin daşınmasında bizə güvənə bilərsiniz. Planetin öndə gedən və böyük avtomobil parklarına malik daşıma firmaları, gəmi şirkətəri, hava və dəmiryolu operatorları, yüksək keyfiyyətli anbar xidməti göstərən təşkilatları ilə qarşılıqlı sıx iqtisadi münasibətlər zəminində fəaliyyətə başladığı ildən işini doğru istiqamətdə quran şirkətimiz müştərilərinin yüklərini vaxtlı-vaxtında, optimal marşrutlar üzrə, keyfiyyətli, təhlükəsiz və ən əsası rəqabətədavamlı qiymətlərlə daşıyaraq daimi biznes tərəfdaşı kimi sınaqdan uğurla çıxmışdır. Təcrübəli, intizamlı, gənc və dinamik komandası ilə qarşıya çıxan ən çətin problemləri həll edən şirkətimiz, bugün də müştəriləri ilə daim əlaqədə olub, malların daşınması xərclərinin maksimum dərəcədə minimuma endirilməsilə bağlı ən optimal həll yollarının tapılmasında onlara köməyini əsirgəmir, dəyərli məsləhətləri bölüşür. RIMEX LOGISTICS şirkəti hər bir müştəriyə fərdi yanaşır və müştəri məmnuniyyəti qazanmaq üçün "Müştəri hər zaman doğrudur" məşhur devizinə sadiqliyini nümayiş etdirir. Yüklərinizin sürətli, təhlükəsiz və ucuz daşınmasını istəyirsinizsə RIMEX LOGISTICS şirkətinin qapısı üzünüzə hər zaman açıqdır.



SİYASƏTİMİZ
RIMEX LOGISTICS şirkəti əzmkarlıq və eyni zamanda uyğunlaşma bacarığı sayəsində dəyişkən bazar şərtlərinə rahat adaptasiya prosesini təmin edir. Bazar haqqında obyektiv informasiyalar, yaranmış vəziyyətin obyektiv analizi, daşıma prosesinin kənardan kompetent izlənməsi müştərilərimizə ciddi rəqabət üstünlüyü qazandırır.
Rəqabətədavamlı tariflər optimal daşıma rejiminin, daşıma marşrutunun seçilməsi və daşıma xərclərinin azaldılması hesabına mümkündür. Bunu əsas götürən şirkətimizin müştərilərə etibarlı və yüksək standartlara cavab verən xidmət göstərməsi bizim siyasətimizin əsas prioritetidir.

MƏQSƏDİMİZ
Fərdi konsepsiya əsasında fərqli şəraitə uyğun sifarişlərin mükəmməl yerinə yetirilməsi şirkətimizin hər bir müştəriyə fərdi yanaşma qabiliyyətini nümayəş etdirir. Biz bununla müştərilərimizi əlavə vaxt və maliyyə xərclərindən azad etməyə, daşıma müddətini və çatdırılma məntəqəsini nəzərə almağa, daşınan yükün növünə uyğun ən məqsədyönlü nəqliyyat növünün seçilməsinə nail oluruq.Bizim komanda üçün işin kiçikliyi və ya böyüklüyü arasında fərq yoxdur. Hər bir müştəri ilə qarşılıqlı etibarlılıq zəminində uzunmüddətli əməkdaşlıq, şəffaflıq və dürust işgüzar münasibətlər fəaliyyətimizin ana xəttidir.