Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Dəniz Yük Daşımaları

Böyük həcmli yükdaşımalar zamanı malların dənizlə daşınması ən optimal variant sayılır. Dənizyolu daşımaları adətən multimodal daşıma sxemlərində marşrutun yalnız bir hissəsi hesab olunur. Hazırda beynəlxalq miqyasda dənizyolu daşımaları dünya yük daşımalarının 60%-ni təşkil edir (BMT-nin hesabatına əsasən). Nəqliyyatın bu növünün belə populyar olması əsasən münasib qiymətlər və böyük həcmli yüklərin daşınma imkanlarının geniş olması ilə əlaqədardır.

RIMEX LOGİSTİCS məsafəsindən asılı olmayaraq, dünyada dəniz limanları mövcud olan hər məntəqədən dənizyolu daşımalarının bütün növlərini təklif edə bilər. Şirkətimizin uzun illər ərzində əməkdaşlıq etdiyi şirkət və təşkilatlarla əldə etdiyi sıx işgüzar münasibətlər bizə dənizyolu daşımaları ilə bağlı sərfəli təkliflər vermək imkanı qazandırıb. Avropanın, Asiyanın, Ərəbistan yarımadasının ən önəmli limanlarında malların yüklənməsini və daşınmasını təşkil edirik. Müştərilərin istəyini nəzərə alıb Cənubi və Şimali Amerika, Afrika ölkələrinin dəniz limanlarından da yükdaşımalarını həyata keçiririk. Mütəxəssislərimiz yüklərin daşınmasını bütün mərhələlərdə izləyir və yük haqqında müştərilər məlumatlandırılır.

Dənizyolu daşımaları bugün üç növdə təqdim olunur: tarasız "tökmə” üsulu ilə quru yüklər daşınır. Belə yüklərin göndərilməsi əsasən xüsusi gəmilərdə spesifik böyük çənlərdə həyata keçirilir. Konteyner daşımaları 20 və 40 futluq metal konteynerlərdə həyata keçirilir. Mallar bütün yol boyu ağzı bağlı və plomblanmış konteynerlərdə daşınır və bu, onun təhlükəsizliyinə də zəmanət verir. Konteyner həmçinin yükü atmosferdə olan neqativ çöküntülərdən qoruyur və mümkün mexaniki zədələnmələrə qarşı dayanıqlıdır. Marşrutun növbəti fazasında konteyneri quru nəqliyyatı vasitəsilə müxtəlif platformalarda da daşımaq mümkündür.

Müxtəlif təkərli texnikaların daşınmasında isə "RO-RO” (Ro-Ro ingilis dilindən tərcümədə Roll on – Roll off deməkdir) variantından istifadə olunur. Bunun özəlliyi ondadır ki, yük özü gəminin göyərtəsində hərəkət edir və təyin olunduğu başqa limana xüsusi ramp üzərində daşınır. Avtotexnikanın dənizyolu ilə daşınması isə, nisbətən daha təhlükəsiz hesab olunur.

Dənizyolu ilə istənilən növ yükü daşımaq mümkündür: maye və təhlükəli, ynma ehtimalı olan ağır və ölçülərinə görə qabaritsiz yüklər və s. Əgər böyük partiyalarda yükləriniz varsa, ən yaxşı üsul onun dənizyolu nəqliyyatı ilə daşınmasıdır. Dənizyolu daşımalarını avtomobil və havayolu nəqliyyatından mübahisəsiz üstün edən daha bir özəllik isə onun ucuz qiymətə başa gəlməsidir.

RIMEX LOGİSTİCS xüsusilə dənizyolu daşımalarının təşkilində lider keyfiyyətlərə malikdir və yüklərinizin daha etibarlı və yaxşı qiymətə daşınmasını istəyirsinizsə, vaxt itirmədən Bizə müraciət edin. Şirkətimizin mütəxəssisləri bütün müşayiətedici sənədləri ustalıqla nəzərdən keçirəcək, yükün daşınması prosesini bütün fazalar üzrə ələ alacaq və kompleks gömrük rəsmiləşdirilməsini təklif edəcəklər. RIMEX LOGİSTİCS müvafiq olaraq qəbul edilmiş bütün qanun, norma və qaydalara əməl olunmasına zəmanət verir.

Dəniz nəqliyyatı böyük həcmli yüklərin uzun məsafələrə daşınması üçün ən ucuz və məqsədyönlü nəqliyyat növüdür.
RIMEX LOGISTICS şirkəti Dəniz Yük Daşımalarını Xəzər, Aralıq, Mərmərə, Qara dənizi hövzələrində və kontinentlərarası yük daşımalarında həyata keçirir.

Dəniz Yük Daşımalarına aşağıdakı xidmətlərimiz daxildir:
-Quru yüklərin daşınması
-Dəmir yolu vaqonlarının və avtonəqliyyatın daşınması
-Port xidmətləri
-Paroma(-dan) çəkmə
-Körpü xidməti
-Sənədlərin hazırlanması
-Terminal xidməti
-Yükün izlənməsi