Dəmir Yolu Yük Daşımaları
Dəmiryolu daşımaları ən sərfəli nəqliyyat növü hesab olunur. Keşmiş Sovetlər Birliyindən bizə yadigar qalan ucsuz-bucaqsız dəmiryolu şəbəkəsi və bu inkişaf etmiş şəbəkəni Avropa ilə birləşdirən relslərin mövcudluğu qatarla, hətta avtomobillərin belə gedib çıxa bilmədiyi məntəqələrə yükü daşımağa imkan verir. Məsələn, qabaritsiz və ağır tonnajlı yükləri dəmiryolu ilə daşımaq daha məqsədəuyğun hesab olunur.
RIMEX LOGİSTİCS şirkəti MDB və Avropa ölkələrindən Azərbaycana və Orta Asiya ölkələrinə dəmiryolu daşımaları xidmətini təklif edir. Şirkətimizin mütəxəssisləri beynəlxalq nəqliyyatla bağlı bütün nüansları bilirlər, həmçinin Qazaxstan, Özbəkistan, Qırğızıstan və Tacikistana qədər, hansı ki vaqonlar tranzit olaraq Rusiya üzərindən keçərək bu ölkələrə gedir. Ölkələrarası daim artan yük dövriyyəsi dəmiryolu daşımalarının iqtisadi məqsədəuyğunluğunu təsdiq edir. RIMEX LOGİSTİCS bütün növ malların dəmir yolu ilə daşınmasını həyata keçirir, o cümlədən ağır tonnajlı və qabaritsiz yüklərin. Mütəxəssislərimiz yükün çatdırılmasını daşımanın bütün mərhələlərində nəzarətdə saxlayaraq müştəriləri ba haqda məlumatlandırırlar.
Dəmiryolu nəqliyyatı çox sahələri əhatə edir: maşınqayırma və neft hasilatı, metallurgiya və kənd təsərrüfatı, neft-kimya sənayesi və başqaları. Bugün ixtisaslaşdırılmış qabaritsiz yükləri daşıya bilən platformalar, vaqonlar, həmçinin böyük həcmli tutumu olan qatarlar mövcuddur ki, bu da müştərilərin uyğun sifarişlərini maksimum yerinə yetirməyə imkan verir. Məsələn, atmosfer çöküntülərindən müdafiəyə ehtiyacı olmayan yükləri tavansız hündür bortu olan açıq vaqonlarda daşımaq mümkündür. Hazırda ən geniş yayılmış növü konteynerlərdə dəmiryolu daşımalarıdır. Bu, nəqliyyatın ən rahat və sərfəli formasıdır. Konteynerlər standart ölçülərə malikdirlər və istənilən nəqliyyat vasitəsi ilə asanlıqla daşına bilirlər.
RIMEX LOGİSTİCS şirkəti gündən günə ən müxtəlif yüklərin mümkün olan təyinat, çəki və xüsusiyyətləri üzrə daşımaların məsuliyyətini öz üzərinə götürür. Bütün bu məlumatlar düzgün təsnifat və spesifik nəqliyyat tələb edir. Müştərilərimiz bilirlər ki, bizimlə əməkdaşlıq zamanı onlar həmişə yüklərini, kompleks yük-nəqliyyat sənədlərinin hərəkətini, yükün sürətli gömrük rəsmiləşdirilməsini vaxtlı-vaxtında əldə edəcəklər.
Yadda saxlamaq lazımdır ki, beynəlxalq nəqliyyatda yük göndərən ölkənin qayda-qanunları daha vacib hesab olunur. Bununla əlaqədar olaraq, yük göndərən ölkənin müxtəlif tarif dərəcələrini və vergilərini nəzərdə saxlamağa ehtiyac var. Bundan başqa, qabaritsiz yüklərin daşınması zamanı xüsusi icazənin alınması tələb olunur. Onların rəsmiləşdirilməsi yükün parametrləri və əhəmiyyəti ilə əlaqədar olaraq uzun vaxt apara bilər.
Dəmiryolu sifarişlərinizi daha peşəkar tərəfdaş kimi RIMEX LOGİSTİCS şirkətinə etibar edin, peşman olmazsınız.
Dəmir Yolu nəqliyyatı – Əndazəsiz, qeyri standart və nisbətən böyük məsafə qət ediləsi yüklərin daşınması üçün həm maliyyə, həm də texniki baxımdan ən sərfəli nəqliyyat növüdür.
RIMEX LOGİSTİCS şirkəti Dəmir Yolu Yük Daşımalarını Şərqi və Qərbi Avropa, MDB ölkələri, Şərqi və Cənub Şərqi Asiya ölkələrinin dəmir yollarında həyata keçirir.
Dəmir Yolu Yük Daşımalarına aşağıdakı xidmətlərimiz daxildir:
-Konteyner və Vaqonların təminatı
-Yol sənədlərinin hazırlanması
-Əndazəsiz və təhlükəli yüklərin daşınması
-Tezkorlanan yüklərin daşınması
-Daşıma zamanı xüsusi şərtlər tələb edən yüklərin daşınması
-Bələdçi müşayiəti ilə yüklərin daşınması
-Ekspeditor xidmətləri
-Tranzit xidmətləri
-Terminal və Anbar xidmətləri
-Möhürləmə və mühafizə xidmətləri
-Yüklərin sığortalanması və izlənməsi
-Gömrük-broker xidmətləri