Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Beynəlxalq Avtomobil Yük Daşımaları


Logistik xərcləri minimallaşdırmaq baxımından avtomobillə yük daşımalar daha çox üstünlük təşkil edir. Maşınla çatdırılma nəqliyyatın başqa növləri ilə müqayisədə, nəticə etibarı ilə iqtisadi baxımdan məqsədəuyğundur. Logistik axının keyfiyyətli təşkilində başlıca məqamlardan biri operativlikdir. Avtomobilə isə bu mənada rəqib yoxdur - onun manevr imkanları və geniş yol şəbəkəsi yükün maksimum dərəcədə daha tez çatdırılmasını təmin edir. Hətta hava şəraiti belə avtomobillə yük daşımalarına mane ola bilmir. Müasir yük avtomobili istənilən növ yükü, o cümlədən qabaritli, çətin və təhlükəli yükləri daşımaq iqtidarındadır.

Xaricdən yüklərin çatdırılması şirkətlərin iqtisadi fəaliyyətində ən vacib rol oynayır. Avtomobil yük daşımaları bu mənada etibarlı vasitə hesab olunur. RIMEX LOGİSTİCS məsafəsindən və nəqliyyat növündən asılı olmayaraq beynəlxalq yükdaşımaları xidməti təklif edir.
Əlverişli iqtisadi mövqeyi sayəsində ölkəmiz Avropa ilə Asiya arasında vacib birləşdirici geoiqtisadi həlqə hesab olunur. Müxtəlif təyinatlı yüklərin daşınmasında tranzit dəhliz kimi ölkəmizin əhəmiyyəti hər gün daha da böyüyür. Tranzit yüklərin Azərbaycan üzərindən müxtəlif ünvanlara daşınması sərhəd keçidlərinin az olması səbəbindən kifayət qədər zamana qənaət yaradır. Elə bu səbəbdəndir ki, Avropadan və Türkiyədən Azərbaycana və Orta Asiya ölkələrinə avtomobil yükdaşımaları, vaxta dəyər verən iş adamları üçün çox aktualdır.

Avtomobil yükdaşımalarının daha bir önəmli özəlliklərindən biri də malın yükgöndərənin anbarından yükalanın anbarına çatdırılma imkanıdır, bir sözlə, "qapıdan qapıya” xidmətidir. Xidmətin bu növünə, həmçinin kompleks gömrük xidmətləri və sənədləşmə prosesi daxildir. Daşıma ilə bağlı razılaşmaların bütün mərhələlərini RIMEX LOGİSTİCS öz üzərinə götürür. Eyni zamanda, müştərilərimiz yüklərini bizə etibar etməklə həm vaxta qənaət edəcəklər, həm də nəqliyyat və gömrük rəsmiləşdirilmələri kimi çözümü vacib tapşırıqların həllində iştirakdan azad olacaqlar.

Beynəlxalq avtomobil yükdaşımaları ümumilikdə çətin bir proses olduğu üçün, yalnız peşəkar biliklər və praktiki vərdişlər müvəffəqiyyətin zəmanəti ola bilər. Yükün çatdırılması bir sıra detalları da özündə

birləşdirir ki, bu da nəticə etibarı ilə yükdaşımaların keyfiyyətinə və müddətinə təsir edir. Gömrük və kommersiya sənədlərinin düzgün qaydada rəsmiləşdirilməsi yükün göndərilməsini və qəbulunu sürətləndirir. Çatdırılmanın mükəmməl işlənmiş metod və marşrutu isə yolda vaxtı qısaltmağa kömək edir. Həmçinin, peşəkar mütəxəssislərimiz tərəfindən yaxşı təşkil olunmuş və daim nəzarətdə saxlanılan tam daşınma prosesi, müştəriləri görünməyən xərclərdən də azad edəcək.

Əgər siz Avropadan, Türkiyədən, MDB ölkələrindən avtomobil yük daşımalarını həyata keçirmək üçün etibarlı tərəfdaş axtarırsınızsa, o zaman RIMEX LOGİSTİCS ən doğru qərardır.

Biz beynəlxalq avtomobil yükdaşımaları, adi və qabaritli yüklər, qruplaşdırılmış və temperatur rejimi ilə daşınan yüklərlə əlaqədar məsələlərin həlli ilə bağlı Sizə daim məsləhət verməyə, optimal həll yolu tapmağa hazırıq. Yükünüz varsa, biz daşıyaq...

Yük Sizin, Qayğısı Bizim!!!
RIMEX LOGISTICS şirkətinin Avtomobil Yük Daşımalarının xidmət coğrafiyası - Şərqi və Qərbi Avropa, Yaxın Şərq, Orta Asiya və MDB ölkələri ərazisidir.

Avtomobil Yük Daşımalarına aşağıdakı xidmətlərimiz daxildir:
-ADR komplekti ilə təchiz olunmuş avtonəqliyyat
-Refrijerator və İzotermli avtonəqliyyat
-Qabaritli və ağırçəkili yüklərin daşınması
-Yüngül(kiçik) tonnajlı avtonəqliyyat
-Yükün sığortalanması
-Yükün izlənməsi
-Terminal xidməti
-Anbar xidməti
-Tranzit xidməti
-Gömrük-broker xidmət
 

RIMEX LOGISTICS şirkəti sizin yükünüzə uyğun nəqliyyat vasitəsilə daşınmasını təklif edir. Yük maşınları təmiz və saz vəziyyətdə yüklənmə yerinə verilir.
Yüklərin daşınmasında sifarişçinin bütün tələblərini yerinə yetirmək üçün aşağıdakı nəqliyyat vasitələrindən istifadə olunur :

Tentli avtomobil:
Yük daşımalarda ən çox yayılmış avtomobil tipidir. Bu avtomobil yükləri yuxarıdan və yandan yükləməyə imkan verir. Avtomobilin yük götürmə qabiliyyəti 20 tondur. Avtomobilin yük götürmə həcmi 60-92 m3-dur. Avtomobilə 22-23 ədəd avropalet yerləşdirmək mümkündür.

Tentli "Jumbo”:
Döşəməsi "r” formasında olan avtomobilin yük götürmə qabiliyyəti 16-20 tondur. Yük götürmə həcmi 60-120 m3 olan avtomobilə 24-33 avropalet yerləşdirmək mümkündür.

Refrejator:
Bu avtomobil temperatur rejimi tələb olunan yüklər üçün nəzərdə tutulub: + 25 C-dən - 25 C-yədək. Avtomobilin yük götürmə qabiliyyəti 12-20 tondur. Yük götürmə həcmi 60-92 m3 olan avtomobilə 22-23 avropalet yerləşdirmək mümkündür.