Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Personal

Dəyərli Müştərilərimiz, Dostlarımız,
 
Texnoloji inkişafın hər ötən gün həyatımızda daha böyük rol oynadığı 21-ci əsrin bu günlərində, informasiyanın daha sürətli bir şəkildə paylaşılması və hər kəsə açıq olması, ölkələrdə ictimai-siyasi, sosial problemlərə gətirib çıxaran nəticələr doğura bilir. Bəzən də, əvvəllər təxminən bir ildə dünyaya yayılan iqtisadi böhranların, bütün ölkələrə yayılması üçün sadəcə tək bir gün yetərli olur. Qlobal inkişafın ard-arda baş verdiyi bir dünyada yaşayırıq. Həyat hər keçən gün bir az daha sürət yığarkən, bəzən dünənin ən çevik şirkətləri bugünün şərtlərində ləng qala bilirlər. Firmalar da var ki, başqalarından daha çevik hərəkət edərək, təhdidləri fürsətə çevirib, liderliyi əllərinda saxlamağı bacarırlar. Bax, bu səbəbdən hər səhər oyandığımızda özümüzdən bu sualı soruşuruq:
 
Necə edək ki, daha irəli gedə bilək? Və bunu daha sürətli və daha etibarlı bir şəkildə necə gerçəkləşdirə bilərik? Əlbəttə, çox çalışaraq, ilkləri gerçəyə çevirərək və əlbəttə, düzgün yaşayaraq...

Qurulduğumuz ilk gündən etibarən, hər zaman məhz bu qaydanı işimizə və həyatımıza tətbiq etdik. RIMEX LOGITICS olaraq, hər nə qədər tariximiz yeni olsa da, uğurlarımıza rəğmən, Azərbaycanın nəqliyyat sferasında olduğumuz yeri, hələ başlanğıc nöqtəsi hesab edir və müvəffəqiyyətlərimizlə hələ binamızın sadəcə təməlini inşa etdiyimizə inanırıq...
 
Bütün bu xoşhadisələri bizləri dəstəkləyən, sevən, bizimlə addımlayanlarla və bizə güvənən şirkətlərlə paylaşmaqdan məmnunuq. İnşallah, önümüzdə açılan hər yeni ildə bütün dostlarımıza daha gözəl hadisələr və xəbərlərlə bağlı informasiya verəcəyik. Həyata keçirdiyimiz işlərin arxasında dayanmamıza kömək edən çox dəyərli partnyorlarımıza, müştərilərimizə və əməkdaşlarımıza, bizə qarşı hiss etdikləri inam və dəstəklərindən dolayı təşəkkürlərimizi borc bilirik.
Komandamız ətraf mühitə, yaşıllığa və İnsana həssas olmaq üçün vacib olan hər cür layihəni həyata keçirmiş və bu xətti davam etdirəcəkdir.
Məqsədimiz müştərilərimizin bu gün olduğu kimi, gələcəkdəki lojistik ehtiyaclarını və gözləntiləri üçün tək bir seçim ola bilməkdir!!!

Hörmətlə,

Rəşad BABAYEV
"RİMEX LOGİSTİCS & TRADE" MMC 
Təsisçi və direktor

______________________________________________________________________________________________________
Dəyərli Dostlar,

Yükü daşımaq bir çox çətinliklərinə baxmayaraq, asandır. Ancaq bu yükün qayğısını çəkmək üçün qatlaşılan əziyyət, həyəcan hər nəqliyyatçının işi deyildir.

İşimizə etibarlılığı, inamı, dəqiqliyi üzərimizə götürdüyümüz məsuliyyət, cavabdehlik və çalışma əzmimizlə sübut edəcəyik. Bunu görmək və iş həyatınızda hiss etmək üçün sadəcə bir dəfə etimad göstərmək yetər! Yük Sizin Qayğısı Bizim devizi altında 7/24 xidmətinizdəyik.

Bizə etimad edin, yükünüzü biz daşıyaq.

İnamınızı itirməmək diləyi ilə,

Məhəmməd HÜSEYNOV
"RİMEX LOGİSTİCS & TRADE" MMC 
Marketing və Satış müdürü