Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

Fərqlİlİyİmİz

Nisbətən rahat və məqsədəuyğun üsullarla yüklərin böyük məsafələrdən daşınmasına multimodal yüklər deyilir. Daşınmanın bu forması zamanı fərqli nəqliyyat növləri bir-birini əvəz etməklə həyata keçirilir və bir neçə mərhələdən ibarət olur. Yalnız iki və daha çox nəqliyyat növünün iştirak etdiyi daşımalar multimodal daşımalar adlanır. Çatdırılma növü müxtəlif kombinasiyalar üzrə həyata keçirilə bilər: dənizyolu və havayolu, avtomobil yolu və dəmiryolu. Xüsusilə coğrafi baxımdan çox mürəkkəb məntəqələrdə olan yüklər üçün vertolyotdan və ya çay nəqliyyat vasitələrindən də istifadə oluna bilər. Əgər yüklər cox uzaq məsafədədirsə və böyük həcmdədirsə, bu zaman multimodal daşımalara müraciət etmək daha məqsədəuyğundur.

RIMEX LOGISTICS şirkəti məsafəsindən asılı olmayaraq dünyanın mümkün olan hər nöqtəsindən multimodal yüklərin daşınmasını həyata keçirir. Şərq-Qərb, Qərb-Şərq, Şimal-Cənub, Cənub-Şimal istiqamətləri bizim multimodal yükdaşımalarını təşkil etdiyiniz coğrafiyalardır. Şirkətimiz bir neçə mərhələdən ibarət olan yükdaşımaların həllinə hərtərəfli yanaşır. Daşımanın dəyəri və müddəti, təhlükəsizlik və yükün saxlanması ən vacib elementlər hesab olunur və mütəxəssislərimiz planlaşdırmada bunu nəzərə alırlar. Gömrük rəsmiləşdirilmələri də, həmçinin əməkdaşlarımız tərəfindən həyata keçirilir.

Yükün beynəlxalq və qitələrarası coğrafiyada daşınması çox vaxt multimodal rejimdə baş verir. İqtisadi məqsədəuyğunluq üçün düzgün işlənmiş marşrut olduqca önəmlidir, çünki bu zaman müxtəlif ölkələrin ərazilərində hərəkət edərkən tranzit qaydalarına və gömrük rəsmiləşdirilmələrini nəzərə almaq məcburidir. Bütün mərhələlərdə nəqliyyat növünün seçilməsi də, həmçinin, nəqliyyat xərclərinin optimallaşdırılmasını tənzimləyir.

Avtomobil nəqliyyatı vasitəsilə müxtəlif növlərdə mallar daşımaq mümkündür, o cümlədən qabaritsiz və təhlükəli yüklər. Dəmiryolu nəqliyyatına uzaq məsafələr olduqda üstünlük verilir, daha çox MDB və Şərqi Avropa ölkələrindən yüklər olduqda. Dənizyolu isə istənilən növ yükün daşınması üçün uyğundur, eləcə də həcmli yüklərin. Nəqliyyatın bu növü ilə həmçinin avtotexnika, metal və ”bulk” yüklər daşınır. Dənizyolu ilə daha artıq tonnajlı yüklərin daşınması da mümkündür. Ağıllı hesablama yolu ilə yükün düzgün kombinə edilməsi daşıma qiymətinin kifayət qədər ucuz olmasına və çatdırılmanın sürətlənməsinə təsir edə bilir. Multimodal daşıma zamanı daha bir az önəmli olmayan məqsədə çatmaq mümkündür. Belə ki, yükü praktiki olaraq nəqliyyatın mövcud olduğu istənilən məntəqəyə çatdırmaq olar. Multimodal nəqliyyat yolu ilə "qapıdan qapıya” prinisipi ilə də yük daşımaq mümkündür ki, bu da nəqliyyatın bu növünü qeyd-şərtsiz üstün mövqeyə qaldırır.

RIMEX LOGISTICS beynəlxalq yüklərin əlverişli müddətə və iqtisadi baxımdan sərfəli qiymətə daşınması ilə əlaqədar optimal marşrutların işlənib hazırlanmasında böyük təcrübəyə malikdir. Müvafiq nəqliyyat və yükü müşaiyət edən sənədlərin düzgün rəsmiləşdirilməsini öz üzərinə götürərək, bütün nəzarəti həyata keçirəcək mütəxəssislərimiz, yükünüzün maneəsiz təyin olunan son məntəqəyə çatdırılmasına zəmanət verir.

Əgər Siz yükünüzün dənizyolu ilə daşınması ilə əlaqədar etibarlı və işi bilən tərəfdaş axtarırsınızsa, əmin olun ki, RIMEX LOGISTICS seçəcəyiniz ən doğru ünvandır.