Bizə zəng edin:
+99455 202 6006
SÜRƏTLİ VƏ TƏHLÜKƏSİZ DAŞIMALAR ƏTRAFLI
YÜK SİZİN QAYĞISI BİZİM ƏTRAFLI
SPESİFİK YÜKDAŞIMA HƏLLƏRİ ƏTRAFLI
DÜNYANI ÜNVANINIZA GƏTİRƏK ƏTRAFLI
YÜKLƏRİNİZİ BİZ QRUPLAŞDIRAQ BİZ DAŞIYAQ ƏTRAFLI
BİZ HƏMİŞƏ YALNIZ ETİBARLI VƏ SINANMIŞ YÜK MAŞINLARINDAN İSTİFADƏ EDİRİK VƏ BİZİM SÜRÜCÜLƏR ƏN YÜKSƏK TƏCRÜBƏYƏ MALİKDİRLƏR

UNİVERSALLIĞIMIZ

Uzunluq, en, hündürlük və çəkisi etibarı ilə daşınma normalarını aşan yüklər qabaritsiz yüklər adlanır. Bu, yükdaşıma növləri içində ən çətinidir, çünki spesifik nəqliyyat vasitəsilə yanaşı əlavə sənədləşmə prosedurları da tələb olunur. Bugün Avropadan MDB ölkələrinə və Azərbaycana daşınan yüklərin böyük bir qismi qabaritsiz adı altında ölkərə daxil olur. Bura kənd təsərrüfatı və inşaata aid hər növ texnika, həmçinin sənaye avadanlıqları və sərnişin nəqliyyatı daxildir. Mümkün olduğu qədər standartlardan kənara çıxan yüklər üçün xüsusi icazələrin alınmasına, o cümlədən marşrutun bütün incəliklərinə qədər yoxlanılmasına ehtiyac var.

RIMEX LOGISTICS şirkəti müntəzəm şəkildə Avropa və Türkiyədən, MDB ölkələrindən, Uzaq Şərq ölkələrindən qabaritsiz yüklərin daşınmasını təşkil edir. Bura böyük-qabaritli, ağır tonnajlı və uzun yüklərin dəmiryolu, dənizyolu və avtomobil yolu ilə daşınması aiddir. Mütəxəssislərimiz qarşıya çıxan belə çoxşaxəli daşıma tapşırıqlarını uğurla həll edirlər. Belə yüklərin daşınmasında adətən spesifik "lowbed” və yük meydançası böyüyən teleskopik yarımqoşqulardan istifadə olunur. Bunların köməyi ilə, demək olar, bütün ölçülərdə olan yükləri daşımaq mümkündür.

Avtomibillə qabaritsiz yüklər Avropa ölkərindən keçməklə Belarus və Rusiya üzərindən daşınır. Adətən Türkiyə üzərindən, nadir hallarda isə Poti limanına gəmi ilə gətirilən yüklər də Gürcüstan üzərindən daşınmaqla həyata keçirilir.

Böyük qabaritli və ağır tonnajlı yüklərin daşınması üçün xüsusi icazələr tələb olunur. Rəsmiləşdirmənin dəyəri və müddəti fərqlidir, bu, yükün qabaritlərindən və icazəni verən ölkədən asılıdır. Həmçinin bilmək vacibdir ki, Avropanın və MDB-nin əksər ölkələrinə aid yollarda qabaritsiz yüklərin müəyyən günlər və sutkanın hər hansısa vaxtı çərçivəsində hərəkəti ilə bağlı fərqli qaydalar mövcuddur. Əvvəlcə yükün xüsusiyyətlərilə hərtərəfli tanış olur və mümkün olduğu qədər onu gözdən keçiririk. Daha sonra mütəxəssislərimiz daşınma növünü seçir və uyğun optimal marşrut üzərində işləyirlər. Bundan sonra sənədlərin hazırlanması və müfaviq icazələrin alınması ilə məşğul oluruq. Sonuncu mərhələ isə yükləmə-boşalma işləri və yükdaşımanın hər fazasında izlənməsini həyata keçirməkdir.